Operativ Məlumat Mərkəzi

Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana göndərilir

1 dəq
Paylaş:
Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana göndərilir
bununla bağlı fotoları “Caliber” yayıb. Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla...

Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı fotoları “Caliber” yayıb.

Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.

Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər