Operativ Məlumat Mərkəzi

Fransadan mesaj: "İsrailə Qəzzaya yardıma görə sanksiya tətbiq oluna bilər"

2 dəq
Paylaş:
Fransadan mesaj: "İsrailə Qəzzaya yardıma görə sanksiya tətbiq oluna bilər"

Fransanın xarici işlər naziri Stefan Sejourne Qəzzaya humanitar yardım çatdırmaq üçün İsrailə təzyiq və sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sejourne bu barədə qonaq olduğu Fransanın RFI radiosu ilə "France 24" kanalının birgə yayımında bildirib.

Humanitar yardımların çatdırılması üçün Qəzza zolağının şimal və cənubunda keçid məntəqələrinin açılmasını tələb edən Sejourne, bölgəyə yüzlərlə yardım maşınının keçməsi lazım olduğunu vurğulayıb.

Fransa xarici işlər naziri Sejourne humanitar yardımın Qəzzaya çatması üçün İsrailə qarşı hətta təzyiq və sanksiyalar da daxil olmaqla addımların atıla biləcəyini bildirib.

İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq edən qeyri-qanuni yəhudi məskunlaşanlara qarşı Avropa səviyyəsində sanksiya təklif edən ilk ölkənin Fransa olduğunu qeyd edən Sejourne, humanitar yardımın Qəzzaya çatmasını təmin etmək üçün lazım gələrsə, bunu davam etdirəcəklərini qeyd edib.

Sejourne Fələstin məsələsinin iki dövlətli həllindən yana olduqlarını vurğulayaraq ölkəsinin "İsrailin dostu" olmağa davam edəcəyini ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər