Əsas məzmuna keç

Fransada tələbə etirazlarında 440 nəfər saxlanıldı

Fransada tələbə etirazlarında 440 nəfər saxlanıldı

Paris və digər şəhərlərdə məktəblərdəki sıxlıq və müəllim çatışmazlığına qarşı keçirilən aksiyalarda 400-dən çox məktəbə təsir dəyib. Etirazlar zamanı xəsarət alanlar olub.

en ru

Fransada siniflərdə şagird sıxlığı, müəllim çatışmazlığı və dərs yüklərinin ağır olmasına etiraz olaraq başlayan məktəbli nümayişləri şiddətlənib. Təhsil Nazirliyinin açıqlamasına əsasən, etiraz aksiyaları ölkə üzrə ən azı 400 orta məktəbi əhatə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rəsmi qurumların verdiyi məlumata görə, aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 10-dan çox müəllim, çoxlu sayda şagird və 48 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

Fransanın Daxili işlər naziri Loran Nunez () nümayişlər zamanı 440 nəfərin saxlanıldığını, bunlardan 164-ü barəsində həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb.

Sebastyen Lekornu (Sébastien Lecornu) həbslərdən sonra aksiyaların daha da alovlandırılmasını "məsuliyyətsizlik" adlandıraraq xəbərdarlıq edib:

"Məktəblərin yaxınlığında fişənglərin atılması, yanğınların törədilməsi və zorakılıq halları heç bir halda şagirdlərin, personalın və ya polislərin həyatını təhlükəyə atmağa bəraət qazandıra bilməz."

mətbuatının verdiyi xəbərlərə görə, nümayişçilər polislərə müxtəlif əşyalar və fişənglər atıb, polis isə gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Küçələrdə zibil qutularının yandırıldığı və dayanacaqlara ciddi zərər vurulduğu bildirilir.

Lill şəhərindəki orta məktəblərdən birində blokada aksiyası keçirən 16 yaşlı şagird AFP-yə müsahibəsində təhsil sisteminin artıq "çökdüyünü" bildirib. O, hər sinifdə 34 şagirdin təhsil aldığını və müəllimlərin həddindən artıq iş yükü altında əzildiyini vurğulayıb.

Təhsil naziri Eduard Jefrua () və Daxili işlər naziri Loran Nunez etiraz etmək hüququnun əsas azadlıq olduğunu qəbul etsələr də, polis müdaxiləsinin mütənasib aparıldığını bildirib və şiddət hallarını qınayıblar. Məktəbli nümayəndəsi, “” təşkilatının rəhbəri Ryad Rani isə hökuməti gənclərə təzyiq göstərməkdə və polisin həddindən artıq sert güc tətbiq etməsində günahlandırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…