Operativ Məlumat Mərkəzi

Fransada siyasi böhran: Müxalifət Makronun getməsini tələb edir

2 dəq
Paylaş:
Fransada siyasi böhran: Müxalifət Makronun getməsini tələb edir
müxalifət nümayəndələri prezident Emmanuel Makronun da istefa verməsini tələb edirlər. Solçu “France Insubordinate” partiyasının lideri Jan-Lyuk Melanşon...

Fransada Baş nazir Sebastien Lecornu istefa ərizəsi təqdim etdikdən sonra ölkədə siyasi gərginlik artıb.

"Operativ Məlumat Mərkəzi-OMM xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət nümayəndələri prezident Emmanuel Makronun da istefa verməsini tələb edirlər.

Solçu “France Insubordinate” partiyasının lideri Jan-Lyuk Melanşon partiyanın saytında yayımladığı bəyanatda bildirib:

“Sébastien Lecornunun istefasından sonra biz Emmanuel Makronun istefasını tələb edən 104 deputatın vəsatətinə dərhal baxılmasını istəyirik.”

Eyni partiyanın parlament qrupunun rəhbəri Mathilde Panot isə xatırladıb ki, Fransa bir il ərzində üç baş nazir dəyişib:

“Geri sayım başladı. Makron getməlidir.”

Partiyanın digər deputatları da oxşar çağırışlarla çıxış ediblər.

Xatırladaq ki, Sebastien Lecornu bazar ertəsi günü yeni hökumətin elanından sonra müxalifətin kəskin tənqidlərinə cavab olaraq istefa ərizəsini Makrona təqdim edib. Prezident onun istefasını qəbul edib. Beləliklə, Lecornunun baş nazir kimi fəaliyyəti cəmi 27 gün davam edib və bu, Fransa Beşinci Respublikası tarixində ən qısa baş nazirlik dövrü olub. Əvvəlki rekord 2024-cü ilin dekabrında təyin edilən və üç aydan sonra istefa verən Miçel Barnierə məxsus idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər