8 yanvar axşamı Fransanı bürüyən Qoretti siklonu 380.000 evi elektriksiz qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilb ki, elektrik kəsilməsi əsasən ölkənin şimal-qərbindəki Normandiya bölgəsindəki evlərə təsir edib.
Hazırda 380.000 evin, əsasən Normandiyada (266.200) elektrik enerjisi kəsilib.
Bretaniyada 21.000, Pikardidə 18.500 və İl-de-Fransda 13.500 evin elektrik enerjisi kəsilib.
Fırtınanın nəticələrinin aradan qaldırılmasının bir neçə gün çəkəcəyi bildirilib.
Qoretti siklonunun küləyinin sürəti saatda 213 kilometrə çatıb.