Fransanın iqtisadiyyat naziri Bruno Le Maire, mübahisəli pensiya islahatının 2030-cu ilə qədər 17 milyard avroya qənaət edəcəyini söyləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, pensiya yaşının 62-dən yuxarı qaldırılmasının qadağan edilməsi üçün referendum keçirilməsi təklifi ilə bağlı Konstitusiya Şurası bu gün qərarını açıqlayacaq.
Qeyd edək ki, martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında mindən çox adam saxlanılıb.