Əsas məzmuna keç

Fransada güclü tufan bir sıra fəsadlara yol açıb

Fransada güclü tufan bir sıra fəsadlara yol açıb

Ötən gün Fransanın 24 departamentini cənginə güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.

KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…