17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BFM telekanalına müsahibəsində Fransanın mənzil siyasəti üzrə nazir-deleqatı Olivye Kleyn bildirib.
“Bu gün iğtişaşlara reaksiya üçün bütün variantlar masadadır. Mövcud vəziyyətdən çıxmaq lazımdır və fövqəladə vəziyyət effektiv yoldursa, o zaman respublika prezidenti bunu elan edəcək”, - o vurğulayıb.