Fransanın paytaxtı Parisə yaxın Nanter şəhərində “saxla” xəbərdarlığına əməl etməyən 17 yaşlı sürücü polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, polis səhər saatlarında Nanterre şəhərində “dayan” xəbərdarlığına əməl etməyən 3 nəfərin olduğu avtomobilə atəş açıb.
Atəş nəticəsində 17 yaşlı sürücü dünyasını dəyişib.
Avtomobildə olan bir uşaq nəzarətə alınarkən, digər uşaq isə hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.