Fransa Parlamentin yeni sədrini seçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, üçüncü turda 220 səs toplayan 53 yaşlı Yael Braun-Pive sürpriz nəticə ilə 207 səs toplayan solçu namizəd Andre Şasseni geridə qoyaraq paramentin sədri seçilib.
Qeyd edək ki, Braun-Pive 2022-ci ildən Milli Assambleyanın spikeridir .
İyulun 7-də keçirilən ikinci turda gözlənilmədən birinci olan, lakin mütləq çoxluğu əldə edə bilməyən Yeni Xalq Cəbhəsi (NFP) adlı geniş sol ittifaq Milli Assambleyada 190-dan çox yerə sahibdir. Makronun düşərgəsində 164, ifrat sağçı Milli Rallinin isə 143 deputatı var.