Əsas məzmuna keç

Fransa müsəlmanlara qarşı açıq-aşkar diskriminasiya siyasəti yürüdür - İlham Əliyev

Fransa müsəlmanlara qarşı açıq-aşkar diskriminasiya siyasəti yürüdür - İlham Əliyev

bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə”...

Fransa özünün siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif kampaniyalar təşkil edir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu fikirlər Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda əksini tapıb.

Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…