Fransa hüquq-mühafizə orqanları “Real Madrid”in hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə qarşı “mənəvi təqib” iddiası üzrə işi bağlayıb. “Mundo Deportivo”nun məlumatına görə, buna sübutların yetərsizliyi səbəb olub.
Məlumata əsasən, iddiaçı özü şikayətini davam etdirməyib. Mbappenin vəkilləri əvvəlcə şikayət verib, daha sonra onu geri götürüblər. Araşdırma 2026-cı ilin mayında dayandırılıb.
Mbappe ötən il PSJ-dən şikayət etmişdi. Buna 2022/2023 mövsümünün əvvəlində baş verən hadisə səbəb olmuşdu: yeni müqavilə imzalamaqdan imtina edən hücumçu əsas komanda ilə məşqlərdən kənarlaşdırılmışdı.
Fransa klubu bu addımla futbolçunu yeni müqaviləyə razı salmağa çalışmışdı.