Əsas məzmuna keç

Fransa Britaniyadan Ukrayna üçün hərbi müqavilələrə böyük sərmayə tələb edir

Fransa Britaniyadan Ukrayna üçün hərbi müqavilələrə böyük sərmayə tələb edir

Paris Londonun Avropa İttifaqının hərbi layihələrinə qoşulması müqabilində yüksək maliyyə töhfəsi şərtini irəli sürüb.

ru en

Fransa rəsmi Londonun ilə bağlı Avropa İttifaqının (Aİ) müqavilələrində iştirak etməsi üçün Böyük Britaniya qarşısında ciddi qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Telegraph" nəşri yayımlayıb.

Məlumata görə, Britaniyanın bu müqavilələrə çıxış əldə etməsi müqabilində ittifaqın hərbi layihələrinə irimiqyaslı investisiyalar yatırmasını tələb edir.

Fransanın bu addımı atmaqda əsas məqsədi vəsaitlərin Aİ-nin daxili silah sənayesinin inkişafına yönəldilməsini təmin etməkdir.

Diplomatik mənbələr bildirir ki, Fransa Britaniyanın layihədə iştirakı üçün ödəyəcəyi məbləğin mümkün qədər yüksək olmasında israr edir.

Aİ ölkələri hazırda blokdan kənar dövlətlərin Ukrayna üçün ayrılan 90 milyard avroluq kredit çərçivəsində müqavilə bağlaması üçün öncədən etməsi imkanlarını müzakirə edir.

Qeyd edək ki, Fransa daha əvvəl Britaniyanın Aİ hərbi müqavilələrində iştirakını bloklayaraq, maliyyə resurslarının birliyin daxili potensialının gücləndirilməsinə xərclənməsinə üstünlük verdiyini nümayiş etdirmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…