Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa vətəndaşlarına Malini dərhal tərk etməyi tövsiyə edib

2 dəq
Paylaş:
Fransa vətəndaşlarına Malini dərhal tərk etməyi tövsiyə edib

Fransa Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda aprelin 25-də Bamako da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində baş verən hücumlardan sonra Malidə vəziyyətinin son dərəcə kövrək olduğu vurğulanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Paris öz vətəndaşlarından ən qısa zamanda ölkəni tərk etmələrini tələb edib.

Vətəndaşlara ölkədən çıxmaq üçün ilk növbədə hava yollarından istifadə etmələri məsləhət görülür.

Həmçinin, ölkədaxili səyahətlərin məhdudlaşdırılması və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlarına ciddi əməl olunması xahiş edilib.

Aprelin 25-i səhər saatlarında "Cemaat Nusra el-İslam və Müslim" ("JNIM") və "Azavad Qurtuluş Cəbhəsi" ("FLA") adlı silahlı qruplaşmalar birgə koordinasiyalı hücumlara başlayıblar.

Paytaxt Bamakodakı Kati hərbi bazası, Modibo Keita ətrafındakı hərbi düşərgə, eləcə də Kidal, Gao və Sevare şəhərlərində şiddətli silah səsləri eşidilib, partlayışlar və toqquşmalar qeydə alınıb.

Hadisələrin gedişatında Sadio Camaranın Katidəki evinə kamikadze hücumu təşkil edilib.

Ağır yaralanan nazir çatdırıldığı xəstəxanada həyatını itirib.

"FLA" qruplaşması ölkənin şimalındakı Kidal şəhərinin tam nəzarətini ələ keçirdiyini və əldə olunan razılaşmaya əsasən, " Afrika Korpusu"na bağlı muzdluların və yerli hərbçilərin şəhəri tərk etdiyini açıqlayıb.

Hücumlardan sonra Mali ordusu genişmiqyaslı təmizləmə əməliyyatına başlayıb.

Koulikoro bölgəsində həyata keçirilən hava zərbələri nəticəsində 100-dən çox terrorçunun zərərsizləşdirildiyi rəsmən bəyan edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax