Fransa "Şarl de Qoll" gəmisini Aralıq dənizinə göndərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Emmanuel Makron “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin və onun zərbə qrupunun Baltik dənizindən çıxarılaraq Aralıq dənizinə köçürülməsini əmr edib.
Makron bildirib: “Bu dəyişkən vəziyyəti və qarşıdakı günlərin qeyri-müəyyənliyini nəzərə alaraq, mən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə, onun hava qrupuna və müşayiət gəmilərinə Aralıq dənizinə üzməyi əmr etdim”.
O həmçinin əlavə edib ki, son bir neçə saat ərzində Yaxın Şərqdə "Rafale" qırıcı təyyarələri yerləşdirilib.
Qərarın səbəbi kimi 2 martda Kiprdəki Britaniya aviabazasına edilən dron hücumu göstərilib. Makron vurğulayıb ki, Kipr Fransanın strateji tərəfdaşlıq müqaviləsi imzaladığı Aİ üzvüdür.