İspaniya müxalifətinin lideri və mühafizəkar Xalq Partiyasının sədri Alberto Nunes Feijoo leysan yağışların və daşqınların nəticələrinə görə ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət fəlakətdən zərər çəkənlərə “əcili yardım paketini təsdiqləmək üçün sosialist Pedro Sançes hökumətini dəstəkləməyə, həmçinin Avropa qurumlarından kömək istəməyə hazırdır.
Qeyd edək ki, İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə yüksəlib
Oktyabrın 30-dan 2 noyabr axşamınadək məhkəmə-tibbi ekspertlər 188 meyit çıxarıb, 67 nəfərin kimliyini müəyyən edilib.
İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara yol açıb. Oktyabrın 29-da başlamış leysan yağışları “Dana” qasırğası gətirib. İqtidar daşqın qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.