Operativ Məlumat Mərkəzi

"Formula 1" sürücüsünün oğurladığı "Ferrari" 28 ildən sonra tapılıb

1 dəq
Paylaş:
"Formula 1" sürücüsünün oğurladığı "Ferrari" 28 ildən sonra tapılıb

İngiltərə Böyükşəhər Polis İdarəsi (MET) keçmiş "Formula 1" yarışçısı Gerhard Bergerin 1995-ci ildə İtaliyada keçirilən San Marino Qran Prisindən sonra oğurlanan "Ferrari" avtomobilinin 28 il sonra tapıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

MET-in verdiyi açıqlamada, “Yanvar ayında "Ferrari" 2023-cü ildə Birləşmiş Krallıqdakı bir broker vasitəsilə ABŞ-lı bir alıcı tərəfindən satın alınan avtomobildə yoxlamalar apardı və avtomobilin oğurlandığını ortaya çıxaran bir hesabat təqdim edib. Mütəşəkkil Avtomobil Cinayətləri Bölməsinin polisi geniş araşdırmalar apararaq avtomobilin tarixini açıqlayıb və məlum olub ki, avtomobil oğurlandıqdan az sonra Yaponiyaya göndərilib, 2023-cü ilin sonunda isə Böyük Britaniyaya gətirilib”,- deyə qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər