Əsas məzmuna keç

"Formula 1" günlərində Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

"Formula 1" günlərində Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

AZCON şirkətlərindən olan “Bakı Metropoliteni” “Formula 1” üzrə Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə QSC-dən bildirilib.

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…