"Formula 1": Lekler sprintin təsnifatında liderdir, bir pilot qəza törədib - YENİLƏNİB - 3

"Formula 1":  Lekler sprintin təsnifatında liderdir, bir pilot qəza törədib - YENİLƏNİB - 3
29.04.2023 13:20
Aa
dəq

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başa çatıb. 

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Ferrari"dən Şarl Lekler "sprint shootout"u ilk pillədə başa vurub. 

Monakolu pilot ötən gün sıralama turunda da birinci olmuşdu. 

13:14***

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ikinci sessiya başa çatıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen liderliyi ələ keçirib.

Bu dəfə "McLaren"dən Oskar Piastri, "Haas"dan Niko Hulkenberq, "Alpin"dən Esteban Okon və Hulkenberqin komanda yoldaşı Kevin Maqnussen yarışdan kənarda qalıblar.

12:52***

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ilk sessiya başa çatıb. 

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Ferrari"dən Şarl Lekler hələlik liderdir. 

Monakolu pilot ötən gün sıralama turunda da ilk pillədə qərarlaşmışdı. 

"Williams"dan Loqan Sarjent qəza törətdiyi üçün yarışdan kənarda qalıb. 

12:35***

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.

Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu