Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keçmiş FBI rəhbəri Trampı hədələməkdə ittiham olunur: Səbəb kitab satışı ola bilər

3 dəq
Paylaş:
Keçmiş FBI rəhbəri Trampı hədələməkdə ittiham olunur: Səbəb kitab satışı ola bilər

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Trampa qarşı ölüm təhdidi yaymaqda olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Washington Post”un ABŞ Ədliyyə Nazirliyinin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kominin sosial şəbəkədə paylaşdığı “8647” rəqəmləri təhdid kimi qiymətləndirilib.

Hadisə Kominin memuarlarının nəşrindən bir neçə gün əvvəl baş verib. O, dəniz qabıqlarından düzəldilmiş “8647” rəqəmlərinin fotosunu paylaşmışdı. Ədliyyə Nazirliyi bu rəqəmləri şifrəli mesaj hesab edir. ABŞ jarqonunda “86” ifadəsinin kimisə aradan götürmək mənasında işlədildiyi, “47” rəqəminin isə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarə etdiyi bildirilir.

Komi barəsində apreldə rəsmi ittiham irəli sürülüb.

Məhkəmə sənədlərində Komi ilə ədəbi agenti arasında yazışmalar da yer alıb. Agentin “Sən artıq bir məşhur oldun” ifadəsinə Kominin “Bunu planlaşdırmamışdım, amma kitabın satışına kömək edəcəksə, mənim üçün problem deyil” cavabını verdiyi qeyd olunur.

İttiham tərəfi bu yazışmaları Kominin paylaşımın yaratdığı diqqətdən kitabının satışını artırmaq üçün faydalanmaq istədiyinə dair sübut kimi təqdim edir.

Kominin vəkilləri isə ittihamların siyasi motivli olduğunu bildirirlər. Müdafiə tərəfi “8647” rəqəmlərinin minlərlə məhsul üzərində istifadə edildiyini və bunun təsadüfi rəqəm kombinasiyası ola biləcəyini vurğulayır.

Ceyms Komi isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Ceyms Komi ilə arasındakı münasibətlər 2017-ci ildə ABŞ prezidentinin FBI direktorunu vəzifədən azad etməsindən sonra daha da gərginləşib.

Bundan sonra FBI Trampın Rusiyanın maraqlarına xidmət edib-etmədiyi ilə bağlı araşdırmaya başlayıb. Məxfiliyi götürülmüş sənədlərə əsasən, istintaq Trampın bilərəkdən və ya bilməyərəkdən ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərdə iştirak edib-etmədiyini araşdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə