Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kanadada üzən ada aşkar edildi: Süni peyk görüntüləri təsdiqlədi

2 dəq
Paylaş:
Kanadada üzən ada aşkar edildi: Süni peyk görüntüləri təsdiqlədi

Kanadanın British Columbia bölgəsində yerləşən üzərində ağaclarla örtülü kütlənin suyun üzərində hərəkət etdiyi müşahidə olunub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli sakin Rocky Avery tərəfindən görüntülənən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. İlk olaraq süni intellektlə hazırlanmış görüntü olduğu düşünülən kadrların sonradan həqiqi olduğu təsdiqlənib.

Məlumata görə, Avropa Kosmik Agentliyinin (ESA) Sentinel-2 peykindən əldə edilən görüntülər təhlil olunaraq obyektin hərəkəti təsdiqlənib. Araşdırmalar zamanı yaşıl rəngli kütlənin iyul ayında W.A.C. Bennett Barajından təxminən 100 kilometr qərbdə sürükləndiyi, avqustun sonlarında isə Ospika Çayı yaxınlığında yenidən görüntüləndiyi müəyyənləşib.

Mütəxəssislərin fikrincə, bu obyekt əslində deyil, bitki örtüyü ilə örtülmüş nəhəng saldır. Onun köklərin bir-birinə keçdiyi üzvi təbəqədən əmələ gəldiyi ehtimal olunur.

Baraj rəsmiləri bildiriblər ki, 14 ildən sonra göldə su səviyyəsi maksimum həddə çatıb. Yüksələn su sahil hissəsindəki torpaq və bitki örtüyü layını qopararaq gölə sürükləmiş ola bilər.

Qeyd olunub ki, üzən kütlə hazırda hidroelektrik stansiya üçün birbaşa təhlükə yaratmır. Lakin daim yerini dəyişdiyinə və xəritələrdə göstərilmədiyinə görə qayıq sahibləri və balıqçılar üçün risk yaradır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə