Əsas məzmuna keç

Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?

Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?

Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Hər Ramazan bayramında olduğu kimi bu Ramazanda da Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Hər Ramazan bayramında olduğu kimi bu Ramazanda da Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi olaraq zəkatı verməliyik. Bəs, İslamın 5 vacib əməlindən biri olan fitrə zəkatı kimlər üçün vacibdir, kimlərə zəkat vermək lazımdır, nə qədər olmalıdır və nə zamana qədər verilməlidir?

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) dekanı Hacı Fuad açıqlama verib.

Hacı Fuad Nurullayev bildirib ki, hər bir insanın boynunda fitrə zəkatı haqdır. Ailədə olan insan sayı qədər fitrə zəkatı ayrılmalıdır.

"Hər bir insan - sağlam, istər xəstə, istər oruc tutan, istərsə də oruc tuta bilməyən mütləqdir ki, fitrə zəkatı ayırsın",- deyən Hacı Fuad Nurullayev, bu zəkatın yoxsullar, fəqirlər, kasıblar üçün ayrıldığını və bunun onların haqqı olduğunu bildirib.

"Ailə başçısı ailə sayına uyğun olaraq 3 kq ərzaqın qiymətini hesablayır. Ən çox istifadə etdiyimiz ərzaq buğda, undan hesablansa da biz tövsiyə edirik ki, minumum ərzağı nəzərə almasınlar və orta səviyyədə hesablasınlar. İldə bir dəfə olaraq fəqirlərə, yoxsullara və kasıblara edilən bu yardıma diqqət yetirmək lazımdır. Nəzərə alsaq ki, ən çox yeyilən ərzaq düyüdür, biz düyünün 3 kq üçün qiymətin hər adam başı üçün hesablasaq, 10-15 manat civarında məbləğ nəzərdə tutulmalıyıq. Qafqaz Müsəlmanlar İdarəsi olaraq tövsiyə edirik ki, ailə başçıları hər adam başına 10-15 manat nəzərdə tutsalar, daha yaxşıdır".

Hacı Fuad Nurullayev fitrə zəkatını nə zaman çıxarılmalıdır sualına cavabında bildirib ki, fitrə zəkatı bayram axşamı çıxarılsa və sabah bayram namazına qədər verilərsə, daha yaxşıdır, yubanma olarsa, zöhr namazına qədər çatırılması məqsədəuyğundur.

O həm də qeyd edib ki, bu zəkat yoxsullara çatdırılmalıdır ki, onlar da öz süfrələrinə bayram sovqatlarını alıb qoya bilsinlər, bundan sonra biz insanlar da bayramı qeyd edə və bayramlaşa bilərik.

Hacı Fuad Nurullayev bildirib ki, üfüqündə ayın görülməsi aprelin 20-nə təsadüf edir və 21-i bayram günü kimi qeyd ediləcək.

Aygün İsmayılova

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…