Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Həcc zəvvarları Azərbaycana yola düşdü

1 dəq
Paylaş:
Həcc zəvvarları Azərbaycana yola düşdü

ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana düşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax