Əsas məzmuna keç

Finlandiyada yanacaq qiymətləri artdı

Finlandiyada yanacaq qiymətləri artdı

Yaxın Şərq böhranı və Hörmüz boğazındakı gərginlik benzin bazarını vurdu. Dizel və mazut kəskin bahalaşdı. ABŞ-İran qarşıdurmasının şok təsirləri barədə ətraflı.

en ru

Finlandiyada yanacaq qiymətləri Yaxın Şərq səbəbindən mart ayında 40%-dən çox artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin mart ayında yanacağın orta qiyməti əvvəlki aya nisbətən artıb.

Orta qiymətdə ən böyük aylıq dəyişiklik neft yanacağında (40,9%), ən kiçik dəyişiklik isə 98-ci dərəcəli benzində (9,1%) müşahidə olunub.

Bu ilin mart ayında yüngül yanacağın qiyməti 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42% artıb.

Mart ayında yanacağının qiyməti 2,10 avro, 95-ci dərəcəli benzinin qiyməti litri üçün 1,90 avro, yüngül yanacaq mazutun qiyməti isə 1,80 avro olub.

Qeyd edək ki, fevralın 28-də və İsrailin İrandakı hərbi əməliyyatları və İranın cavab zərbələri fonunda boğazından keçən gəmiçilik demək olar ki, dayanıb.

Dünya neft tədarükünün iyirmi faizi bu boğazdan keçir. Bu, əksər ölkələrdə yanacaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb oldu.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…