Finlandiyada həmkarlar ittifaqları əmək bazarı haqqında qanuna edilən dəyişikliyə qarşı tətil keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölkədəki həmkarlar ittifaqları hökumətin etməyi planlaşdırdığı əmək bazarı qanunvericiliyinə və sosial təminat kəsimlərinə dair qanun dəyişikliyinə etiraz olaraq aldıqları tətil qərarını həyata keçirməyə başlayıb.
Təxminən 3 gün davam edəcək və 300 min işçini əhatə edəcəyi gözlənilən tətillər səbəbiylə ölkə daxilində körpələr evi və uşaq bağçaları bağlanacaq, hava nəqliyyatı və poçt xidmətlərinin fəaliyyəti dayandırılacaq, ictimai nəqliyyat dayandırılacaq və fabriklər bağlanacaq.
Finlandiya Həmkarlar İttifaqları Mərkəzi Təşkilatı (SAK) və Finlandiya Peşəkarlar Konfederasiyası (STTK) fevralın 1-də paytaxt Helsinkidə birgə nümayişin keçiriləcəyini açıqlayıb.
Finlandiyada 300 min işçi tətil edəcək
Oxşar xəbərlər
Digər
Çində 4 milyondan çox avtomobil gizli qapı tutacaqlarına görə geri çağırılır
Digər
Yeni Zelandiyada 16 yaşdan kiçiklər üçün sosial media qadağası təklif olunur
Digər
ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyata başlayır
Digər