Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukraynadakı münaqişənin həlli ilə bağlı keçirilən danışıqların ikinci günündən sonra yekun bəyanatın açıqlanacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə danışıqlara yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, yekun bəyanatın BƏƏ nümayəndələri tərəfindən elan olunması planlaşdırılır.
Xatırladaq ki, fevralın 4-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. ABŞ tərəfini prezidentin xüsusi elçisi Stiven Vitkov və Ağ Evin kürəkəni, sahibkar Cared Kuşner təmsil edib.
Ukrayna tərəfdən isə Prezident Aparatının rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və digər rəsmi şəxslər danışıqlarda iştirak ediblər.