ABŞ, Filippin və Yaponiya arasında keçiriləcək üçtərəfli sammit çərçivəsində Cənubi Çin dənizində əməkdaşlığın artırılması, təhlükəsizliyin və naviqasiya azadlığının qorunmasına dair razılaşma əldə olunacağı gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Filippin Prezidenti Ferdinand Marcos məlumat yayıb.
İlk dəfə keçirilən üçtərəfli sammitdə ABŞ, Yaponiya və Filippin liderləri Çinin artan regional təsirinə qarşı Hind-Sakit okean regionunda sülh və sabitlik naminə əməkdaşlıq etməyi hədəfləyirlər.
Filippin prezidenti: "ABŞ və Yaponiya ilə sammitdə Cənubi Çin dənizində əməkdaşlıq da yer alacaq"
1 dəq