Əsas məzmuna keç

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən REAL-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Xəzər rayonu Emin adına 234, Sabunçu rayonu Nəriman Nərimanov adına 128, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərində və Xətai rayonu 8 nömrəli Uşaq Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən rayonu Qobu qəsəbə 3 nömrəli tam orta məktəbində və Sumqayıt şəhər 25 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon Solquca kənd ümumi orta məktəbində və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Solquca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Şirvanlı kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan Dövlət Iqtisadiyyat və Humanitar Kollecində, Cənub Regional Mərkəzi tərəfindən Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində və Regional Mərkəzi tərəfindən Füzuli rayonu Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…