Operativ Məlumat Mərkəzi

FHN: Köməksiz vəziyyətdə qalmış 6 nəfər azyaşlı xilas edilib

1 dəq
Paylaş:
FHN: Köməksiz vəziyyətdə qalmış 6 nəfər azyaşlı xilas edilib
{"az":"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı...","en":"","ru":""}

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"- ə FHN-dən xəbər verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 6 nəfər azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər