Operativ Məlumat Mərkəzi

FHN evi yararsız vəziyyətə düşən Lənkəran sakininə kömək edib

1 dəq
Paylaş:
FHN evi yararsız vəziyyətə düşən Lənkəran sakininə kömək edib
Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi...

Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər