Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.