FHN AzQAC-la birgə zavodda məşq keçirib - VİDEO

FHN AzQAC-la birgə zavodda məşq keçirib - VİDEO
24.02.2024 10:02
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin nümayəndələri, müəssisənin rəhbər və işçi heyəti iştirak ediblər.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Həftənin ən çox oxunanları

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
DAVAMIN OXU davamın oxu