Operativ Məlumat Mərkəzi

"Fənərbaxça" Türkiyə Kubokunun qalibi olub

1 dəq
Paylaş:
"Fənərbaxça" Türkiyə Kubokunun qalibi olub
İzmirdəki Göztəpə stadionunda keçirilən oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi...

"Fənərbaxça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İzmirdəki Göztəpə stadionunda keçirilən oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.

Beləliklə, "Fənərbaxça" tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər