Türkiyə Superliqasında XXIV turun daha 4 oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” öz meydanında “Kasımpaşa” klubuna 3:1 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisinin heyətində qolları Yussuf En-Nesiri (2) və Oğuz Aydın vurublar. Qonaq komandadan isə Mamadu Fall fərqlənib.
Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Kasımpaşa” isə 31 xalla 8-ci sırada yer alıb.