Operativ Məlumat Mərkəzi

Fələstin prezidenti tərəfləri əsir mübadiləsini sürətləndirməyə çağırıb

1 dəq
Paylaş:
Fələstin prezidenti tərəfləri əsir mübadiləsini sürətləndirməyə çağırıb
bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Bunun fələstinliləri İsrailin minlərlə qaçqının tələyə düşdüyü cənubdakı Rəfah şəhərinə...

Fələstin prezidenti Mahmud Abbas bütün tərəfləri, xüsusən də HƏMAS-ı Fələstin xalqını “yeni deportasiya fəlakətindən” qorumaq üçün məhbus mübadiləsini mümkün qədər tez başa çatdırmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bunun fələstinliləri İsrailin minlərlə qaçqının tələyə düşdüyü cənubdakı Rəfah şəhərinə hücumlarından qorumaq üçün lazım olduğunu bildirən Abbas, bu vəziyyətin minlərlə insan itkisinə, başqa faciələrə və evsizliyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

Abbas həmçinin ABŞ administrasiyası və Ərəb dünyasından məhbus mübadiləsi sazişinin uğurla bağlanması üçün ciddi şəkildə çalışmalarını istəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər