Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşıb.
Atatürk Olimpiya Stadionunda oynanılan matç "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.
Bununla da "Fənərbağça" Superkubokun qalibi olub.