Böyük Britaniyanın aparıcı bankının təhlilinə əsasən, "Facebook", "WhatsApp" və "Instagram" kimi sosial media platformaları vasitəsilə maliyyə fırıldaqlarının baş verməsi artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istnadən xəbər verir ki, TSB iki illik öz daxili məlumatlarını təhlil etdikdən sonra saxtakarlıq kateqoriyasındakı işlərin 80 faizinin Meta-ya məxsus şirkətlərdən gəldiyini söylədi.
TSB fırıldaqçı ekspertləri istifadəçilərə ailə və ya dostlardan gələn təsadüfi mesajlardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edib və onlara pul köçürməzdən əvvəl həmin şəxslə birbaşa əlaqə saxlamağı tövsiyə ediblər.