Əsas məzmuna keç

Fabian Ruiz PSJ ilə müqaviləsini uzada bilər

Fabian Ruiz PSJ ilə müqaviləsini uzada bilər

İspan futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin Paris klubunun rəhbərliyi 29 yaşlı oyunçudan razıdır və onunla...

PSJ-nin yarımmüdafiəçisi klubla yeni müqavilə imzalamağa yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İspan futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Lakin klubunun rəhbərliyi 29 yaşlı oyunçudan razıdır və onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək istəyir.

Ruizə 2029-cu ilə qədər yeni müqavilə təklif etməyə hazırdır.

Futbolçu ilə “Yuventus”, “Atletiko Madrid” və “Betis”in maraqlandığı bildirilir. Bununla belə, Ruiz Parisdə xoşbəxt olduğunu və karyerasını burada davam etdirmək istədiyini açıqlayıb.

Bu mövsüm Luis Enrikenin rəhbərliyi altında 7 matçda meydana çıxan Ruiz 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…