Fransa Prezidenti Emmanuel Makron Suriyanın paytaxtı Şama rəsmi səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransa liderini Suriya Prezidenti Əhməd əş-Şaraa rəsmi mərasimlə qarşılayıb.
Qarşılanma mərasimindən sonra iki ölkə lideri arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlər keçirilib.
Məlumata görə, səfər zamanı diqqətçəkən hadisələrdən biri Şamda baş verən partlayışlar olub. Fransa Prezidentinin qaldığı otelin yaxınlığında iki ayrı partlayış qeydə alınıb.
Hadisə baş verən vaxt Emmanuel Makron “Xalq Sarayı”nda Suriya Prezidenti ilə görüş keçirib. İnsidentin səbəbləri, eləcə də hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Makronun Suriyaya səfəri 2024-cü ilin dekabrında ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra Avropa İttifaqı ölkəsi liderinin ilk rəsmi səfəri kimi qiymətləndirilir.