Avropa İttifaqı Ukraynaya 6,1 milyard avro dəyərində yeni hərbi dəstək paketi ayırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, vəsait hava və raketdən müdafiə sistemləri, raketlər, döyüş sursatları və radarların alınmasına yönəldiləcək.
Maliyyələşmə 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq “Ukrayna Dəstək Krediti” çərçivəsində həyata keçiriləcək. Yeni paket daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə tədarükünə əlavədir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropanın Ukraynaya dəstəyi qətiyyətlidir və ölkənin təcili müdafiə ehtiyaclarının qarşılanması prioritet olaraq qalır.