Əsas məzmuna keç

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.Qeyd olunub ki, 3,9 milyard avro Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas...

en ru

Avropa Komissiyası 90 milyard həcmində dəstək krediti çərçivəsində pilotsuz uçuş aparatlarının () alınması üçün Ukraynaya 3,9 milyard avro məbləğində vəsaitin köçürülməsinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 3,9 milyard avro Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas elementlərindən biri kimi nəzərdən keçirilən PUA-nın alınması üçün nəzərdə tutulmuş təxminən 6 milyard avro həcmindəki ilk tranş çərçivəsində birinci ödənişdir.

Bu ödəniş iyunun 25-də xüsusi makromaliyyə yardımı proqramı üzrə Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsindən sonra həyata keçirilib. Avropa Komissiyasından bildirilib ki, dronların alınması üçün nəzərdə tutulan ilk tranşın qalan hissəsi yaxın günlərdə tərəfinin müraciətlərinə uyğun olaraq köçürüləcək.

Brüsseldən həmçinin qeyd olunub ki, sonrakı yalnız PUA-nın deyil, həm də döyüş sursatlarının, raketlərin və hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 01.10.2026

Banklarda alış-satış ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…