Operativ Məlumat Mərkəzi

"Avropa Ukrayna ilə bağlı sülh danışıqlarını manipulyasiya edir"

2 dəq
Paylaş:
"Avropa Ukrayna ilə bağlı sülh danışıqlarını manipulyasiya edir"
bu barədə Saldo TASS agentliyinə müsahibəsində deyib.Onun sözlərinə görə, Avropa ölkələrinin rəsmiləri Rusiyanın sülh istəmədiyini deməkdə davam...

Xerson vilayətinin qubernatoru Vladimir Saldo Avropa rəsmilərinin Rusiyanın Ukraynada sülh yolu ilə nizamlanmaya hazır olmadığı barədə iddialarla öz vətəndaşlarını manipulyasiya etdiklərini bildirib.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə Saldo TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin rəsmiləri Rusiyanın sülh istəmədiyini deməkdə davam edəcəklər: “Əslində isə bu, bacarıqlı siyasətçilər və diplomatlar tərəfindən sözlərə fərqli məna verərək insanları aldatmağa yönəlmiş manipulyasiyadır”.

Saldo qeyd edib ki, Rusiya bəzən “həddindən artıq layiqli” mövqe nümayiş etdirib və buna nümunə olaraq Minsk razılaşmalarını göstərib. O vurğulayıb ki, Moskva səkkiz il ərzində Ukraynadakı münaqişəni diplomatik yolla həll etməyə çalışıb, bu müddətdə Qərb isə Ukraynanı hərbi əməliyyatlara hazırlayıb.

Qeyd edək ki, yanvarın 12-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyanın “sülhdə maraqlı olduğunu sübut etməli” olduğunu bəyan edib. Həmin gün Avropa Komissiyasının sözçüsü Paula Pinho da Aİ ilə Rusiya arasında müəyyən mərhələdə danışıqların aparılmalı olduğunu desə də, Brüsselin mövqeyinə görə, Moskvanın hazırda sülh istəmədiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər