Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Liderlər İrəvanda strateji hədəfləri açıqladı

3 dəq
Paylaş:
Liderlər İrəvanda strateji hədəfləri açıqladı

"Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən panel sessiyasında region qarşılıqlı əlaqəli , və miqrasiya böhranları fonunda strateji asılılıqları azaltmaq, müdafiəni gücləndirmək və daha dayanıqlı tərəfdaşlıqlar qurma barədə razılıq əldə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kipr Prezidenti və Avropa İttifaqının (Aİ) fəaliyyətdə olan sədri Nikos Xristodulidisin moderatorluq etdiyi sessiyada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, İtaliya və Böyük Britaniyanın baş nazirləri Corcia Meloni və Kir Starmer, eləcə də Fransa prezidenti Emmanuel Makron iştirak ediblər.

Avropa Komissiyasının rəhbəri üç zəif nöqtəyə diqqət çəkib: enerji, və təchizat zənciri.

"Əgər nəsə öyrənmişiksə, o da həddindən artıq asılılıqlar zamanı nə qədər zəif olduğumuzdur", - o deyib.

Fon der Lyayen "yerli enerji" mənbələrinə, bərpa olunan enerji mənbələri və nüvə enerjisinə keçidi sürətləndirməyə, iqtisadiyyatın elektrikləşdirilməsini dərinləşdirməyə, həmçinin Aİ-nin müdafiə imkanlarını artırmağa və dayanıqlı təchizat üçün ticarət sazişləri şəbəkəsini genişləndirməyə çağırıb.

İtaliyanın mövcud vəziyyəti çoxsaylı böhranlar kimi təsvir edib və əlavə edib ki, burada ayrı-ayrı problemlər bir-birini gücləndirir.

"Bu, sadəcə çoxsaylı böhranlar deyil - bu məsələlər bağlıdır və bir-birini gücləndirir", - o bildirib.

Meloni miqrasiyanı təhlükəsizliyə, iqtisadiyyata və təsisatlara olan etimada təsir edən əsas mərkəz kimi xüsusi vurğulayıb və Aİ-ni miqrantların mənşə ölkələri ilə daha sıx işləməklə, reaksiyadan strateji qabaqlamağa keçməyə çağırıb.

"Strateji muxtariyyət" konsepsiyasından danışan Makron qeyd edib ki, bu, texnologiyalara və sənayeyə də aiddir.

"Məsələn, yarımkeçiricilərdə 100 % asılı olduğun halda müdafiə sahəsində dayanıqlı muxtariyyətə sahib olmaq qeyri-mümkündür", - o bildirib.

Makron "de-risking" – əsas təchizat zəncirlərinin şaxələndirilməsi və lokallaşdırılması – zərurətini vurğulayıb. və Çindən asılılıq riskləri barədə xəbərdarlıq etməklə yanaşı, Avropanı qlobal sistemdə "proqnozlaşdırıla bilən tərəfdaş" kimi dəyərləndirib.

Böyük Britaniyanın Baş naziri təhlükəsizliyin praktiki və strateji aspektlərinə diqqət yetirib: "Biz iki cəbhədə müharibə ilə üzləşirik... və bu, hamımıza birbaşa təsir edir".

O qeyd edib ki, Avropa müdafiə sahəsində geridə qalır və öz rolunu gücləndirməli, o cümlədən NATO-ya daha böyük töhfə verməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax