Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Ermənistanla ticarət əlaqələrini genişləndirir: Yeni paket hazırlanır

2 dəq
Paylaş:
Aİ Ermənistanla ticarət əlaqələrini genişləndirir: Yeni paket hazırlanır

Avropa Komissiyası Rusiyanın məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda İrəvanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə sürətləndirilmiş tədbirlər paketi hazırlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı bazarına çıxışını asanlaşdırmaq üçün rüsumlarının azaldılmasını nəzərdə tutan tədbirlər üzərində işləyir.

Avropa Komissiyasının sözçüsü Olof Gill “Financial Times”a açıqlamasında bildirib ki, yeni təşəbbüs şirkətləri üçün Aİ bazarındakı imkanları genişləndirməyə və Rusiya məhdudiyyətlərindən ən çox zərər çəkən iqtisadi sektorları dəstəkləməyə yönəlib.

Qəzetin mənbələrindən birinin sözlərinə görə, hazırkı şəraitdə Ermənistanı dəstəkləmək və Avropa İttifaqının etibarlı tərəfdaş olduğunu nümayiş etdirmək vacibdir.

Bildirilir ki, Aİ-yə üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən paket təxminən 420 milyon avro dəyərində olan 20 məhsul kateqoriyasının böyük hissəsini əhatə edəcək.

Bununla yanaşı, bəzi Ermənistan məhsullarının Aİ rəsmiləri üçün əlavə müzakirələr doğurduğu qeyd edilir. Xüsusilə Ermənistanın əsas ixrac məhsullarından biri olan məsələsi diqqət mərkəzindədir. Mənbələr bildiriblər ki, bu məhsulun Avropa bazarına çıxışı Fransa üçün həssas mövzulardan biri hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax