Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ “İqtisadi təcrid” əməliyyatına rəsmi olaraq qoşuldu

2 dəq
Paylaş:
Aİ “İqtisadi təcrid” əməliyyatına rəsmi olaraq qoşuldu

Avropa İttifaqı ABŞ-nin rəhbərliyi ilə İrana qarşı həyata keçirilən “İqtisadi ” (“Economic Outcast”) əməliyyatına rəsmi olaraq qoşulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Avropa İttifaqı rəsmi olaraq “İqtisadi təcrid” əməliyyatına qoşulub və biz onun qətiyyətli və vaxtında nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndiririk”, - ABŞ maliyyə naziri bildirib.

O qeyd edib ki, Vaşinqton müttəfiqləri ilə birlikdə İran rejiminin nüvə ambisiyalarını, silah proqramlarını və terrorçu proksi qüvvələrini maliyyələşdirmək üçün qlobal maliyyə sistemindən istifadə etməsinə imkan verməyəcək.

“Dünya İran rejiminə aydın mesaj göndərir: bütün mövcud maliyyə damarlarını kəsməyənədək dayanmayacağıq”, - Bessent vurğulayıb.

Bundan əvvəl Aİ ABŞ, “Böyük yeddilik” ölkələri və digər tərəfdaşlarla sıx edəcəyini açıqlamışdı.

Məqsəd İrana qarşı təzyiqi davam etdirmək, gərginliyin azaldılmasına və regionda sabitliyin təmin olunmasına töhfə verməkdir.

ABŞ avqustun 24-də İrana qarşı “İqtisadi təcrid” əməliyyatına başlayıb. Skott Bessent bildirib ki, iqtisadi təzyiq kampaniyası çərçivəsində Vaşinqton İranın bütün maliyyələşmə mənbələrini bloklayacaq.

ABŞ, həmçinin İrana yardım göstərəcək istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə