"Avropa İttifaqı hazırda Rusiya ilə mümkün danışıqlar üçün vasitəçi və ya nümayəndənin kim olacağını müzakirə etmir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən brifinqdə Anita Hipper bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı sülhə yönəlmiş istənilən formatı dəstəkləyir.
“Hazırda kimin danışıqları aparmalı olduğunu müzakirə etmirik. Ötən ay Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Rusiyaya dair tələblərimizlə bağlı müzakirə aparıb”, - Hipper bildirib.
O əlavə edib ki, Avropa Komissiyası Ukraynaya dəstəyin daha da genişləndirilməsinə çağırmağa davam edir.