Operativ Məlumat Mərkəzi

Etirazçılar İsraildəki hərbi bazalara daxil olublar

1 dəq
Paylaş:
Etirazçılar İsraildəki hərbi bazalara daxil olublar
bu barədə “The Times of Israel” məlumat yayıb. Kütləvi etirazların baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik...

İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Kütləvi etirazların baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik edildiyi, Likud partiyasından olan bəzi Knesset (parlament) üzvlərinin digər etirazçılarla birlikdə hərbi bazalara daxil olduğu qeyd edilib.

Etirazçılar dağılışıb, həbslər və xəsarət alanlar yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər