Əsas məzmuna keç

Estoniya Ukraynaya hərbi yardım göndərəcək

Estoniya Ukraynaya hərbi yardım göndərəcək

Estoniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində snayper silahları və xüsusi texnika göndərəcək. Bu barədə yerli “ERR News” xəbər agentliyi məlumat...

hökuməti Ukraynaya hərbi yardım çərçivəsində silahları və xüsusi texnika göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “ERR News” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Estoniya müdafiə nazirinin Ukraynaya göndərilməsi ilə bağlı təklifi ölkə rəsmiləri tərəfindən müsbət qarşılanıb. Yardım paketinə yarımavtomat və snayper tüfəngləri, optik nişangahlar, durbinlər, müxtəlif döyüş sursatları, xüsusi avadanlıqlar, patrul katerləri və termal görüntü cihazları daxildir.

Həmçinin əlavə olunub ki, hərbi yardım çərçivəsində müxtəlif tibbi avadanlıqlar da göndəriləcək.

Ukraynaya yardım paketinin ümumi məbləği təxminən 495 000 avro təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…