Operativ Məlumat Mərkəzi

Əsəd Suriyada yeni hökumətin qurulması ilə bağlı fərman imzalayıb

1 dəq
Paylaş:
Əsəd Suriyada yeni hökumətin qurulması ilə bağlı fərman imzalayıb
bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd edilib ki, Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılması...

Suriya prezidenti Bəşər Əsəd ölkənin yeni hökumətinin formalaşdırılması haqqında fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi ilə yeni hökumətin yaradılması haqqında fərman verib.

Əl-Cəlali 2014-cü ilin avqustundan 2016-cı ilin iyuluna qədər rabitə və texnologiya naziri vəzifəsində çalışıb. 2008-2014-cü illərdə Rabitə Nazirliyində rəis müavini vəzifəsində işləyib.

Agentlik qeyd edib ki, Suriyanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə Bassam Sabbaq, respublikanın vitse-prezidenti vəzifəsinə isə Suriyanın keçmiş xarici işlər naziri Feysəl Miqdad təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər