"Avropa ölkələri Rusiya ilə “ümumi qaydalar” arasında seçim etməlidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Prezident: Serbiyada elektrik stansiyasının tikintisi Azərbaycanın Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir
"Avropa önəmli bir qərar qarşısındadır. Mən sizi güc tətbiqi ilə ümumi qaydalar və prinsiplər arasında seçim etməyə çağırıram", - o bildirib.
Stubb əlavə edib ki, Avropa ilə Rusiya arasında münasibətlərin bərpası üçün əsas şərtlərdən biri Ukraynada ədalətli və davamlı sülhün təmin olunmasıdır.
Xatırladaq ki, iyulun 28-i Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Qərb ölkələrindən mümkün münasibətlərin bərpası təkliflərinə çox sərt yanaşacaq. Onun sözlərinə görə, Moskva təcrid olunmağa can atmır, lakin Qərbin boykotlarından da qorxmur.